...

Sumqayıt sakinləri bu marketdən ərzaq almasın

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2015 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

İstehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus "Hiper" marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti