...

British Airways-ın mobil tətbiqi yeni "Apple Watch" saatlarında birinci olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 17:22 (UTC +04:00)
“British Airways” aviaşirkəti aprelin 24-də satışa çıxarılacaq “Apple Watch” saatları üçün mobil tətbiqi yaradılacaq ilk şirkətlərdən biridir.
British Airways-ın mobil tətbiqi yeni "Apple Watch" saatlarında birinci olacaq

Azərbaycan, Bakı, 18 mart /Trend/

"British Airways" aviaşirkəti aprelin 24-də satışa çıxarılacaq "Apple Watch" saatları üçün mobil tətbiqi yaradılacaq ilk şirkətlərdən biridir.

Şirkətdən Trend-ə verilən məlumata görə, aviaşirkət müştərilərin səyahətlərini daha rahat təşkil etmək üçün tətbiqdə iki əsas element nəzərdə tutub. "Apple Watch"un ekranında çıxan "baxış" pəncərəsində uçuşun vaxtı, statusu, uçuşadək qalan müddət və digər məlumatlar icmal şəklində əks olunur.

Bundan başqa, tətbiq vasitəsilə müştərilər uçuşa qeydiyyat və çıxış qapıları haqda bildirişlərdən faydalana biləcəklər. Hitrou hava limanının 5-ci terminalındakı zallarda olarkən müştərilər "iBeacon" vasitəsilə salamlama məktubları alacaqlar. "British Airways" hava limanında olan müştəriləri aktual və lazımi məlumatlarla təmin etmək üçün Birləşmiş Krallıq ərazisindəki gözləmə zallarında "iBeacon" texnologiyasından istifadə etmiş ilk aviaşirkətdir.

"Baxış" ekranına sadə bir toxunuş etməklə "Apple Watch" saatının ekranına uyğun tərtib olunmuş, sürətli və istifadəsi asan "British Airways" tətbiqi açılır. Bu zaman müştərin növbəti uçuşu barədə, reysin nömrəsi, marşrut, uçuş vaxtı, statusu, uçuşa qədər qalan müddət və təyinat məntəqəsində hava şəraiti ilə bağlı məlumat əks olunur.

• "British Airways" 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti