...

TuranBank-dan miqrasiya orqanları işçiləri üçün kredit faizlərində endirim

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2015 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Prezident İlham Əliyevin 17 mart 2010-cu il tarixli sərəncamına əsasən ölkəmizdə hər il martın 19-u - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün - miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

TuranBank miqrasiya orqanları işçilərini peşə və Novruz bayramları münasibətilə təbrik edir və 19, 29 və 30 mart tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bununla yanaşı, kredit müştərilərimiz Bankdan "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz Bankın istənilən filialında əldə edə bilərlər. Ümumilikdə Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti