...

BVF: Bu il Azərbaycanda inflyasiya 7,9 faiz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Azad Həsənli/

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda orta illik inflyasiyanı 7,9 faiz, 2016-cı ildə isə 6,2 faiz səviyyəsində proqnozlaşdırır.

Bu barədə Trend BVF-nin "World Economic Outlook" yenilənmiş hesabatına istinadən məlumat verir.

BVF-nin bu ilin yanvarında hazırlanmış əvvəlki hesabatına əsasən, Azərbaycanda 2015 və 2016-cı illərdə inflyasiya müvafiq olaraq 2 və 3 faiz təşkil etməlidir.

Asiya İnkişaf Bankı isə bu il Azərbaycanda inflyasiyanı 6, 2016-cı ildə isə 5,5 faiz səviyyəsində proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti