...

"British Airways" A380 avialayneri ilə "Körfəz sahilindəki şəhər"ə uçuşlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2015 16:12 (UTC +04:00)
“British Airways” aviaşirkətinə məxsus “Airbus A380” avialayneri London – San-Fransisko (Kaliforniya ştatı) marşrutu üzrə uçuşlara başlayıb.
"British Airways" A380 avialayneri ilə "Körfəz sahilindəki şəhər"ə uçuşlara başlayıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"British Airways" aviaşirkətinə məxsus "Airbus A380" avialayneri London - San-Fransisko (Kaliforniya ştatı) marşrutu üzrə uçuşlara başlayıb.

"Körfəz sahilindəki şəhər" aviaşirkətin adıçəkilən nəhəng təyyarəsini Kaliforniyada qəbul edəcək ikinci (Los-Ancelesdən sonra) təyinat nöqtəsidir. Ümumilikdə ABŞ-da isə 2014-cü ilin oktyabrında Vaşinqton istiqamətində açılmış aviareysdən sonra üçüncüdür. İkigöyərtəli, 469 nəfərlik zövqlü oturacaqlara malik dəbdəbəli flaqman layneri yay ayları ərzində Londonun Hitrou hava limanının 5-ci terminalından həftədə 5 dəfə olmaqla uçuşlar həyata keçirəcək.

Bu il A380 avialayneri Mayami (Florida ştatı) istiqamətində uçuşlara da başlayacaq ki, bu da sözügedən təyyarənin sayca 8-ci istiqaməti olacaq (Los-Anceles, Honkonq, Yohannesburq, Keyptaun, Sinqapur, Vaşinqton, San-Fransisko və Mayami).

"British Airways" aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya direktoru Paolo de Renzis bildirib: "San-Fransisko müştərilərimizin ən sevimli məkanlarından biridir. Onların öz səyahətlərini şirkətin aviaparkındakı ən müasir təyyarələrdən birində həyata keçirmək imkanına malik olduqları bizi sevindirir".

"Qərb sahilinədək uçuş zamanı sərnişinlərimiz rahatlıq və dəbdəbədən zövq alaraq 130-dan çox film və 650-dən çox teleşou izləyə, o cümlədən ləziz yeməklərdən dada bilərlər", - deyə Paolo de Renzis əlavə edib.

"Atlantik okeanı üzərindən uçuş zamanı illüminatordan açılan mənzərə üfüq boyu uzanan su görüntüsü ilə məhdudlaşmır. Belə ki, bu marşrut planetin ən möhtəşəm mənzərələrindən birini özündə birləşdirir. San-Fransisko - London istiqamətində gecə uçuşu zamanı sərnişinlər qütb parıltısından zövq ala biləcəklər. Bu mənzərə transatlantik gecə uçuşu zamanı oyaq qalmağa dəyən inanılmaz bir təəssürat doğurur", - deyə "British Airways"in kapitanı Stiv Olrayt vurğulayıb.

San-Fransiskoya A380 təyyarəsi ilə uçan sərnişinlərə əsas göyərtədə yerləşmiş birinci sinfin 14 heyrətamiz kabinəsi və əsas göyərtə ilə yuxarı göyərtə arasında yerləşmiş yeni 2:3:2 düzülüşünə malik 97 "Club World" oturacaqları təklif olunur. "World Traveller" sinfindəki mövcud 303 yerə əlavə olaraq müştərilər arasında populyarlıq qazanmış "World Traveller Plus" sinfində oturacaqların sayı 55-ə qədər artırılıb.

İkigöyərtəli "Airbus A380" təyyarəsi səssiz, böyük həcmli yük bölmələri, əlavə baqaj üçün yerləri, təmiz hava, işıqlandırma sistemi və elektrik cihazları üçün şəbəkəsi olan kabinlərin birində uçmaq imkanı təklif edir.

"British Airways" haqqında:

• A380 təyyarəsi Londonun Hitrou hava limanının 5-ci terminalından San-Fransisko istiqamətində həftədə 5 dəfə olmaqla uçuşlar yerinə yetirəcək. Yeni A380-nin xidməti ilə "British Airways" aviaşirkəti San-Fransisko istiqamətində ümumilikdə artıq həftədə 14 uçuş həyata keçirəcək
• "British Airways" 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti