Azərbaycan, Bakı, 13 may /Trend/
Bank VTB (Azərbaycan) E-Pul elektron ödəniş sisteminə qoşulub ki, bu da bankın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək.
Bankdan Trend-ə verilən məlumata görə, bunun üçün internet istifadəçiləri www.e-pul.az portalında "Bank xidmətləri" bölməsinə daxil olub, "Bank VTB (Azərbaycan)" səhifəsinə keçid aldıqdan sonra ödənişi həyata keçirəcək.
E-Pul servisi həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyət göstərir. Saat 17.00 və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
Bank VTB-nin (Azərbaycan) pərakəndə biznes departamentinin rəhbəri Tural Vəliyev bildirib: "Bizim bank müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərməyə çalışır. Bu xidmətlər arasında məsafəli bank xidməti də var. E-Pul portalına qoşulmaq - bu istiqamətdə atılan növbəti addımdır. Əsas məqsəd müştərilərin rahatlığını təmin etmək. İndi kredit ödənişi üçün banka gəlməyə və ya ödəniş terminalı axtarmağa ehtiyac qalmayacaq. Bunlar onlayn rejimdə mümkün olacaq".
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub