...

Bakı Fond Birjası öz ticarət platformasında səhmlərlə repo-əməliyyatlara başlamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 13:57 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) öz ticarət platformasında səhmlərlə repo-əməliyyatlara başlamağı planlaşdırır.
Bakı Fond Birjası öz ticarət platformasında səhmlərlə repo-əməliyyatlara başlamağı planlaşdırır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Azad Həsənli/

Bakı Fond Birjası (BFB) öz ticarət platformasında səhmlərlə repo-əməliyyatlara başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu XII "MDB və Baltikyanı ölkələrin İstiqraz Konqresi" zamanı BVB-nin Əməliyyatlar və informasiya texnologiyaları departamentinin rəhbəri Vüqar Namazov deyib.

Onun sözlərinə əssən, ilkin olaraq korporativ istiqrazlarla repo- əməliyyatları aktiv inkişaf etdirməyi planlaşdırır.

V.Namazov qeyd edib ki, aksiyalar üzrə repo-əməliyyatlar onlarla bağlı likvidliyin təmin edilməsindən sonra başlayacaq ki, bu da məcburi şərtdir.

O əlavə edib ki, bazarın likvidliyini təmin etmək məqsədilə aksiyalar üzrə marketmeykerliyi işə salmaq planlaşdırılır: "Sonra isə aksiyalar üzrə repo-əməliyyatlar tətbiq ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti