...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə kredit faizlərində 3% endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2015 11:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə kredit faizlərində 3% endirim edir

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

TuranBank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və 25-27 may tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti