...

TuranBank-ın melioratorlara hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2015 10:19 (UTC +04:00)
TuranBank su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir.
TuranBank-ın melioratorlara hədiyyəsi

Azərbaycan, Bakı, 5 iyun /Trend/

TuranBank su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir.

Azərbaycan Pzidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyun ayının 5-də Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilir.

TuranBank su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edərək 5,8 və 9 iyun tarixlərində onlar üçün Bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, vətəndaşlara "Elektron arayış"dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaratmışdır. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti