...

TuranBank 23 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2015 16:34 (UTC +04:00)
12 iyun 1992-ci ildə təsis edilən TuranBank cari ildə 23 yaşını qeyd edir.
TuranBank 23 yaşını qeyd edir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

12 iyun 1992-ci ildə təsis edilən TuranBank cari ildə 23 yaşını qeyd edir. Bankdan Trend-ə verilən məlumata görə, ötən illər ərzində institusional bazasını beynəlxalq təcrübəyə müvafiq sürətdə təkmilləşdirməklə bərabər, satış şəbəkəsinin sayını və səmərəliliyini artıran, kapitalının həcminin və aktivlərinin keyfiyyətinin yüksəldilməsinə nail olan, əməkdaşlıq etdiyi yerli və xarici maliyyə qurumları vasitəsilə ölkə iqtisadiyyatına maliyyə resursları cəlb edən və eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına öz töhvələrini verən Bank hazırda Azərbaycanın aparıcı banklarından birinə çevrilib.

Bu gün TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan 477 nəfərlik peşəkar kollektivi vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini fəxrlə daşıyan qurumdur. Daimi özünün "Bizimlə etibarlıdır..." şüarına sadiq qalan Bankın əsas məqsədi müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətlərin çeşidini genişləndirmək və şərtlərini müştərilər üçün əlverişli etməkdir.

Heç şübhəsiz TuranBankın bu uğurları, bütövlükdə Azərbaycanın bank sektorunun güclü inkişafı təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü və dərin iqtisadi islahatların, müvəffəqiyyətlə icra olunan dövlət proqramlarının sayəsində mümkün olub.

TuranBank özünün ölkədə biznesin və sahibkarlığın inkişafına yönəlmiş layihələri ilə hökumətin bu sahədə atdığı addımları dəstəkləməkdə davam edir və qeyri-neft sektorunun inkişafına yönələn layihələrini hər il genişləndirir.

Bankımızın inkişafında rolu olan, bizə etibar edən, güvənən hər bir vətəndaşa öz dərin minnətdarlığımızı bildirir, yeni hədəflərə birgə çatmaq yolunda hər kəsə uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti