...

Vergiödəyiciləri daha çox vergi borcu haqqında məlumatlar maraqlandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2015 16:34 (UTC +04:00)
2015-ci ilin may ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 15 338 müraciəti cavablandırıblar.
Vergiödəyiciləri daha çox vergi borcu haqqında məlumatlar maraqlandırır

Azərbaycan, Bakı, 17 iyun /Trend/

2015-ci ilin may ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 15 338 müraciəti cavablandırıblar.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergiödəyicilər 2484 dəfə vergi borcu, 974 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edib, onlara 34 395, o cümlədən 33 171 qısa və 1224 ikitərəfli mesaj göndərilib.

May ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 31 6083 daxilolma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti