...

TuranBank "MasterCard" sahibləri üçün Türkiyədə endirim kampaniyası təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2015 16:11 (UTC +04:00)
Türkiyəyə səyahət edəcək "TuranBank"ın "MasterCard" kartlarının sahibləri 2015-ci il avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində Beymendə qiymətlərdə 15% endirim və vergidən azad alış-veriş etmək imkanı qazanacaqlar.
TuranBank "MasterCard" sahibləri üçün Türkiyədə endirim kampaniyası təklif edir

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Türkiyəyə səyahət edəcək "TuranBank"ın "MasterCard" kartlarının sahibləri 2015-ci il avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində Beymendə qiymətlərdə 15% endirim və vergidən azad alış-veriş etmək imkanı qazanacaqlar.

Bankdan Trend-ə verilən məlumata görə, bundan əlavə, Nişantaşıda, İstinyePark və Zorlu Center ticarət mərkəzlərində onları fərdi bazarlıq və staylinq, qaldıqları mehmanxanalarda istəklərinə uyğun eksklüziv alış-veriş xidməti gözləyir.

Aksiyada "TuranBank" tərəfindən buraxılan "MasterCard" kartlarının sahibləri iştirak edir. Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, "Card to Card", "Mobil Bankçılıq", "Cash by Code" və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir. "MasterCard" kartlarını Bankın bütün filiallarında sifariş vermək olar.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, vətəndaşlara "Elektron arayış"dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaratmışdır. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti