Azərbaycan, Bakı, 22 iyun /Trend/
İyunun 19-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 22-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0473 (iyunun 19-u 1.0474) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1921 (iyunun 19-u 1.1911) manat olub.