...

"TuranBank"dan dövlət qulluqçularına endirimli istehlak kreditləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 20:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank"dan dövlət qulluqçularına endirimli istehlak kreditləri

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Bununla əlaqədar "TuranBank" dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edərək 23, 24 və 25 iyun tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

"TuranBank"dan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti