...

"TuranBank"dan Azərbaycan dənizçilərinə kredit faizlərində endirim

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2015 15:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 25-i ölkəmizdə dənizçilər günü kimi qeyd olunacaq.
"TuranBank"dan Azərbaycan dənizçilərinə kredit faizlərində endirim

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 25-i ölkəmizdə dənizçilər günü kimi qeyd olunacaq.

"TuranBank" ölkə dənizçilərini peşə bayramları münasibətilə təbrik edərək 25, 29 və 30 iyun tarixlərində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata əsasən, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti