...

"TuranBank" nizamnamə kapitalını 6 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2015 17:02 (UTC +04:00)
Bankın məcmu kapitalı isə 2015-ci il iyunun 1-nə 51,7 mln. manat təşkil edib.
"TuranBank" nizamnamə kapitalını 6 faiz artırıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"TuranBank" hər birinin dəyəri 1082 manat olmaqla 2773 ədəd və ümumi məbləği 3 000 386 manat olan adi, sənədsiz, adlı səhmin emissiyası yolu ilə nizamnamə kapitalını artıraraq 50 002 466 manata çatdırıb.

Bankdan Trend-ə verilən məlumata əsasən, səhmlərin alqı-satqısı Bakı Fond Birjasında həyata keçirilib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nizamnamə kapitalının artımının qeydiyyatdan keçirilməsini artıq başa çatdırıb.

Bankın məcmu kapitalı isə 2015-ci il iyunun 1-nə 51,7 mln. manat təşkil edib.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti