...

"TuranBank" ödəniş terminalları vasitəsilə kreditlərin ödənişinə start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2015 18:00 (UTC +04:00)
"TuranBank" və "Modenis" MMC-nin birgə layihəsi çərçivəsində bankın müştəriləri nağd və kart kreditləri üzrə ödənişlərini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş və sayı 1200-ü keçən "eManat" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
"TuranBank" ödəniş terminalları vasitəsilə kreditlərin ödənişinə start verdi

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"TuranBank" və "Modenis" MMC-nin birgə layihəsi çərçivəsində bankın müştəriləri nağd və kart kreditləri üzrə ödənişlərini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş və sayı 1200-ü keçən "eManat" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştərilər ID nömrəsini daxil edib ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər. Ödənişlər üçün istifadəçilərdən komissiya haqqı tutulmur.

Bununla yanaşı, terminallar vasitəsilə bankın müştəriləri özlərinə məxsus debet kartlarının hesabına vəsait yatırmaq imkanı da qazanmışlar. Bunun üçün onlar müştəri nömrəsini və "TuranBank"dan aldıqları debet kartın son dörd rəqəmini daxil etməlidirlər.

Qeyd edək ki, "eManat" ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanı yaradır.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti