...

Fəaliyyətində pozuntular oldu, lisenziyaları əlindən alındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2015 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "İnterneyşnl Tranzakşn Sistem" MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, QKDK-nın 12 fevral 2013-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları"nın tələblərini mütəmadi surətdə pozduğuna görə "İnterneyşnl Tranzakşn Sistem" MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyalar dayandırılıb.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti