Azərbaycan, Bakı, 7 iyul /Trend/
"Turizmə Dəstək Gənclər Assosasiyası" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Biznesin inkşaf etdirilməsində gənclərə dəstək" adlı layihə çərçivəsində ilk tədbirini keçirib. Bu barədə Trend-ə Birlikdən məlumat verilib.
5-7 iyulda İmişli rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, gənc fermerləl, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən "Turizmə Dəstək Gənclər Assosasiyası" İctimai Birliyinin edən sədrinin müavini Tural Nəsirov ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb.
Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənc sahibkarlar, gənc fermerlərə sahibkarlıq fəaliyyəti və kənd təsərüfatı fəaliyyəti ilə bağlı qanunvericilikdən məlumatların verilməsi olub.
Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri T.Nəsirov və digər ekspertlərin çıxışı dinlənilib. İştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara Təşkilatın sertifikatları təqdim olunub.