...

"TuranBank"dan diplomatlara endirimli kreditlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə hər il 9 iyul ölkəmizdə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank"dan diplomatlara endirimli kreditlər

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə hər il 9 iyul ölkəmizdə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. 1919-cu ilin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyi yaradılıb.

Bununla əlaqədar "TuranBank" Xarici İşlər Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 9, 10 və 13 iyul tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

"TuranBank"dan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti