...

6 ayda 120 minə yaxın vergi ödəyicisinin borcları ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2015 13:50 (UTC +04:00)
2015-ci ilin 1-ci yarımilliyi ərzində ümumilikdə 117 min 271 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, iyulun 1-ə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 9,4 faiz təşkil edib.
6 ayda 120 minə yaxın vergi ödəyicisinin borcları ləğv edilib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

2015-ci ilin 1-ci yarımilliyi ərzində ümumilikdə 117 min 271 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, iyulun 1-ə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 9,4 faiz təşkil edib. Bu barədə Vergilər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 33 min 343 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 63,6 faizi borclar ləğv edildiyi üçün bağlanılıb.

Siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 582,6 min manat borc məbləğini əhatə edən 508 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 29,1 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 700 min manat borc dövlət büdcəsinə ödətdirilib, 62 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində 76 fiziki şəxs üzrə 115,5 min manat məbləğində borc ləğv edilib.

Vergi orqanları tərəfindən 894 borclu fiziki şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə, ümumilikdə 886 vergi ödəyicisi üzrə 39,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti