...

Azərbaycanda sığorta məsələləri üzrə çağrı mərkəzi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta məhsulları barədə əhalinin maarifləndirilməsi çərçivəsində çağrı mərkəzinin (call-center) yaradılmasını planlaşdırır.

Trend-in məlumatına əsasən, bu barədə ASA-nın rəhbəri Orxan Bayramov bu gün keçirilən mətbuat konfransı zamanı çıxışında bildirib.

O qeyd edib ki, bununla əlaqədar olaraq sentyabrın ikinci yarısından sığorta şirkətləri ilə müzakirələrin başlanması planlaşdırılır.

O.Bayramov həmçinin əlavə edib ki, danışıqlara İcbari Sığorta Bürosu və Dövlət Sığorta Nəzarəti Xidməti də cəlb ediləcək: "İlk növbədə icbari sığorta növlərindən başlamaq istəyirik. Daha sonra fəaliyyət dairəmizi genişləndirəcəyik".

ASA rəhbəri qeyd edib ki, mərkəzin yaradılması zamanı "ASAN" Xidmət təcrübəsindən istifadə edilə bilər, bununla yanaşı digər çağrı mərkəzlərinin təcrübələrindən yararlanmaq imkanı da istisna edilmir: "Çağrı mərkəzi Assosiasiya nəzdində fəaliyyət göstərməyəcək, ayrıca struktur olacaq".

Mərkəzin maliyyələşdirilməsinə gəldikdə isə, O.Bayromov müxtəlif variantların nəzərdən keçirildiyini bildirib: "Sığorta şirkətləri çağrı mərkəzinin maliyyələşdirilməsini öz üzərinə götürə bilər. Məsələn, bazardakı paylarından asılı olaraq müəyyən vəsait ayıra bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti