Azərbaycan, Bakı, 29 iyul /Trend/
ASC "Xalq" Bankının Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, Ağ Şəhər Plaza kompleksində iyulun 27-də istifadəyə verilmiş eyniadlı filial Bankın paytaxtda fəaliyyət göstərən 8-ci, ümumilikdə isə sayca 27-cı filialıdır.
Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.
Filial, Bakı şəh., Nobel pr-ti 25E, ünvanda yerləşir. Telefon: (012) 404 8115; Faks: (012) 404 8116. Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir. Bank 2015-ci ildə filial şəbəkəsinin genişləndirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.