...

TuranBank neftçilərin peşə bayramında kredit faizlərində 3% endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2015 12:57 (UTC +04:00)
TuranBank Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir.
TuranBank neftçilərin peşə bayramında kredit faizlərində 3% endirim edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

TuranBank Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir.

Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə "Əsrin müqaviləsi"nin imzalandığı gün - sentyabr ayının 20-i Azərbaycanda neftçilərin peşə bayramı günü kimi qeyd olunur.

Bankdan Trend-ə verilən məlumata görə,TuranBank Dövlət Neft Şirkəti, neft hasilatı və emalı sahəsində fəaliyyət göstərən yerli və xarici özəl şirkətlərin əməkdaşlarını "Neftçilər" Günü münasibətilə təbrik edərək 21, 22 və 23 sentyabr tarixlərində onlar üçün Bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılıb.

Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir.

Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti