...

Azərbaycanın dəmiryoluna yeni lokomotivlər gətirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2015 17:34 (UTC +04:00)
Azərbaycanın dəmiryoluna yeni konteyneryükləyici və lokomotivlər gətirilib.
Azərbaycanın dəmiryoluna yeni lokomotivlər gətirilib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycanın dəmiryoluna yeni konteyneryükləyici və lokomotivlər gətirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son vaxtlar dəmiryolun lokomotiv parkının və vaqon parkının, eləcə də texniki vasitələrin yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu günlərdə yükdaşımada istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb, onlardan 2-si Azərbaycana gətirilib. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.

Qeyd olunur ki, son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, rəqabət gücünün artırılmasına təkan verir. Bu il avqustun 3-də Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlib. Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır. Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki vasitələrin yenilənməsinə ehtiyac yaranıb.

Bu gün Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti