...

Bakı və Kanberra birbaşa hava əlaqəsinin açılması məsələsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 13:39 (UTC +04:00)
Sentyabrın 22-də Avstraliyanın Pert şəhərində Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin şəhərin meri Liza Skafidi ilə görüşü olub.
Bakı və Kanberra birbaşa hava əlaqəsinin açılması məsələsini öyrənir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Sentyabrın 22-də Avstraliyanın Pert şəhərində Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin şəhərin meri Liza Skafidi ilə görüşü olub.

Trend-in məlumatına görə, görüş zamanı ticari-iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb edilməsi üçün birgə biznes forumların təşkili məsələləri müzakirə olunub.

Görüş zamanı şəhərin meri Avstraliyanın ticarət naziri Endryu Robbun ikitərəfli və biznes əlaqələrinin inkişafı məqsədilə Azərbaycan və Avstraliya arasında birbaşa hava əlaqəsinin açılmasının məqsəduyğunluğu barədə səsləndirdiyi təşəbbüsü dəstəkləyib.

Mer qeyd edib ki, son illər, xüsusilə Azərbaycanın Avstraliyada səfirliyinin açılmasından sonra iki ölkə arasında münasibətlər nəzərəçarpacaq dərəcədə aktivləşib ki, bu da Azərbaycanın Pertdə konsulluğunun açılmasının zəruriliyindən xəbər verir.

Bundan başqa, L.Skafidi Azərbaycana səfər etməklə bağlı dəvəti qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti