...

TuranBankın aktivləri ilin əvvəlindən 30 % artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2015 15:31 (UTC +04:00)
TuranBankın aktivləri 417,7 mln. manat təşkil edib.
TuranBankın aktivləri ilin əvvəlindən 30 % artıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

TuranBankın aktivləri 417,7 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, 2015-ci ilin 30 avqust tarixinə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50%, ilin əvvəlinə nisbətən isə 30% artaraq 417,7 mln. manat təşkil edib. Bankın kredit portfeli isə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 27%, ilin əvvəlindən isə 17% artaraq 258,8 mln. manata çatıb.

30 avqust 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 33%, ilin əvvəlinə nisbətən isə 27% artaraq 182,4 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,2%, cari ilin əvvəli ilə müqayisədə isə 15,9% artaraq 83,7 mln. manat olub.

2015-ci ilin 30 avqust tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,9 mln. manat təşkil edib.

2015-ci ilin yanvar-avqust aylarının fəaliyyətinin nəticələrinə əsasən Bankın gəlirləri 23,3 mln. manat, xərcləri isə 23 mln. manat təşkil edib. Hesabat dövrü ərzində Bankın mənfəəti 292,3 min manat olub.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, vətəndaşlara "Elektron arayış"dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaradıb. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti