Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Onlar dövlətçiliyimizin sütunlarından, ölkəmizdə sabitliyin təminatçılarındandır. Dövlətçilik maraqlarının qorunmasında əvəzsiz xidməti olanların - prokurorluq işçilərinin peşə bayramıdır. "Unibank" 1 oktyabr peşə bayramları münasibəti ilə bütün prokurorluq sistemində çalışanları təbrik edir və prokurorluq işçiləri üçün ALBALI PLUS kartlarını pulsuz verir.
Oktyabrın 1-dən 8-dək "Unibank" filiallarına müraciət edən prokurorluq işçiləri pulsuz ALBALI PLUS kartı əldə etməklə yanaşı, Unibank-ın sərfəli nağd kreditlərindən də faydalana bilərlər. Hazırda bankda 10.000 AZN-dək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat və dollar kreditləri 36 ayadək müddətə verilir.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.