...

Azərbaycanda maldarlıq və süni mayalanma xidmətləri inkişaf etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2015 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bu gün Bakıda Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Azərbaycanda maldarlığın və süni mayalanma xidmətlərinin inkişaf etdirilməsi" layihəsi imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə sənədi Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən təşkilatın Azərbaycandakı nümayəndəsi Mustafa İmir imzalanıb.

Növbəti iki il ərzində həyata keçiriləcək layihənin məqsədi heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi, fermerlərə keyfiyyətli süni mayalama və heyvandarlıq xidmətlərinin göstərilməsi sahəsində potensialın artırılması olacaq ki, bu da nəticə etibarilə qaramalın məhsuldarlığının artırılmasına, fermerlərin gəlirlərinin və fermerlərin süni mayalanma xidmətlərinə inamlarının artmasına töhfə verəcək.

Layihə çərçivəsində, eyni zamanda istehsal olunan heyvan toxumunun keyfiyyətinin yüksəldilməsi, süni mayalanma mütəxəssisləri assosiasiyasının yaradılması, süni mayalama mütəxəssislərinin bacarıqlarının inkişaf etdirilməsi, süni mayalanma tədbirlərinin genişləndirilməsi və heyvan toxumunun yerlərə çatdırılmasının asanlaşdırılması sahəsində köməklik göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti