Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
30 sentyabr 2015-ci ilin tarixinə "TuranBank"ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 65%, ilin əvvəlinə nisbətən isə 44% artaraq 460,3 milyon manat təşkil edib.
Bankdan Trend-ə verilən məlumata görə, "TuranBank"ın kredit portfeli ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 21%, ilin əvvəlindən isə 17% artaraq 257,7 milyon manata çatıb.
30 sentyabr 2015-ci il tarixinə bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 71%, ilin əvvəlinə nisbətən isə 57% artaraq 225,9 milyon manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 24%, cari ilin əvvəli ilə müqayisədə isə 16,3% artaraq 83,9 milyon manat olub.
2015-ci ilin 30 sentyabr tarixinə bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 milyon manat, məcmu kapitalı isə 53 milyon manat təşkil edib.
2015-ci ilin yanvar-sentyabr aylarının fəaliyyətinin nəticələrinə əsasən bankın gəlirləri 26,6 milyon manat, xərcləri isə 26,1 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın mənfəəti 443 min manat olub.
Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.
"TuranBank"ın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.