...

Azərbaycan Türkiyədən yüngülmotorlu təyyarələr sifariş verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 11:38 (UTC +04:00)
Azərbaycan Türkiyədə 40 yüngülmotorlu təyyarənin inşası üçün sifariş verəcək.
Azərbaycan Türkiyədən yüngülmotorlu təyyarələr sifariş verəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan Türkiyədə 40 yüngülmotorlu təyyarənin inşası üçün sifariş verəcək. Bu barədə Trend IHA agentliyinə istinadən məlumat verir.

Yaxın aylarda Bolu vilayətində yüngülmotorlu təyyarələrin istehsalı üzrə zavodun tikintisi başa çatacaq. Bu zavodda Azərbaycan üçün təyyarələr inşa ediləcək.

Türkiyədə tikiləcək bütün yüngülmotorlu təyyarələr yerli istehsal olacaq.

Azərbaycan üçün təyyarələrin qiyməti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti