...

"Expressbank"ın 10 müştərisi 100 dollar qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2015 14:21 (UTC +04:00)
"Expressbank"ın 10 müştərisi 100 dollar qazanıb.
"Expressbank"ın 10 müştərisi 100 dollar qazanıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Xəbər verdiyimiz kimi, "Expressbank" Western Union təcili pul köçürmə sistemi ilə birgə "Western Union ilə daha varlı" adlı aksiya keçirir. Bankdan Trend-ə verilən məlumaat görə, aksiyanın ilk mərhələsində "Expressbank"ın 10 müştərisi 100 dollar qazanıb.

Aksiyanın şərtlərinə görə "Expressbank" filiallarında bu sistemlə pul göndərən və ya alanlar aksiyada iştirak edib, 100 ABŞ dolları qazanmaq şansı əldə edirlər. Aksiya 30 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan applikasiya ("Использовать приложения" düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün - http://mta.gpi-company.com/az/regulation.html .

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti