...

"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi prosesi başladı (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2015 17:20 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi prosesinə başlayıb.
"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi prosesi başladı (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:47-də yayılıb)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi prosesinə başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

İlk lisenziyalar sərnişin və beynəlxalq yük daşımaları ilə məşğul olan sahibkarlara verilib.

S.Məmmədov qeyd edib ki, "ASAN xidmət" mərkəzləri noyabrın 2-dən lisenziya müddətləri başa çatan sahibkarlardan müraciətləri qəbul etməyə başlayıb: "Bu gün isə həmin müraciətlər üzrə lisenziyaların verilməsinə başlayırıq".

Onun sözlərinə görə, noyabrın 2-dən sahibkarlıq fəaliyyəti üzrə lisenziyaların yenilənməsi üçün təqribən 600 müraciət daxil olub: "İcraya 57 müraciət qəbul edilib. Bu müraciətlər üzrə lisenziyalar qısa müddətdə sahibkarlara veriləcək".

Nazir müavini qeyd edib ki, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı nizamlandıqdan sonra nazirlik, həmçinin xüsusi icazə tələb edən fəaliyyət növlərinin azaldılması üzrə işlər görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti