...

Çıraq platformasında hasilat 25 gün dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 14:15 (UTC +04:00)
Azəri-Çıraq-dərinsulu Günəşlinin (AÇG) illik iş proqramının bir hissəsi olaraq noyabr ayında Çıraq platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.
Çıraq platformasında hasilat 25 gün dayandırılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azəri-Çıraq-dərinsulu Günəşlinin (AÇG) illik iş proqramının bir hissəsi olaraq noyabr ayında Çıraq platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. Bu barədə BP-nin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, plana əsasən Çıraq platformasından hasilat noyabr ayının 10-dan başlayaraq təxminən 25 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

Həmçinin bildirilir ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq və Şahdəniz paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan terminalında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti