...

Dünya ulduzları "British Airways"in yeni təyyarəsinin Əbu-Dabi marşrutuna buraxılmasını qeyd ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

"British Airways" aviaşirkəti yeni "Boeing 787-9 Dreamliner" təyyarəsinin gündəlik həyata keçirilən London - Əbu-Dabi - Məsqət reysində istifadəsi dünyaca tanınmış ulduzların iştirakı adada keçirilən qapalı şənlikdə qeyd edilib.

Avstraliyalı aktrisa Marqo Robbi və Hollivud ulduzu Orlando Blum Əbu-Dabi sahili yaxınlığında "Zaya Nurai" adasında keçirilən VIP tədbirə sözügedən təyyarə ilə təşrif buyurub.

"British Airways"in aviaparkına son əlavə olunmuş təyyarənin noyabrın 5-də Əbu-Dabiyə ilk uçuşun həyata keçirilməsinə həsr olunmuş tədbirdə iştirak edən 200-dən çox qonaq, tanınmış şəxslər və VIP-lər Cessi C.-in canlı ifasından zövq alıblar.

İkinci və üçüncü təyinat məntəqəsi qismində BƏƏ və Omanın paytaxt şəhərlərinə uçuş həyata keçirən "British Airways 787-9 Dreamliner" təyyarəsinin Britaniya hava daşıyıcısının aviaparkında aparıcı hava gəmisi olacağı gözlənilir.

"British Airways"in magistral uçuşlar üçün nəzərdə tutulan digər təyyarələrindən fərqli olaraq "Boeing 787-9"-nin yeni nəsil kabinələrində 14 deyil, cəmi 8 oturacaq var ki, bu da müştərilər üçün daha özəl şərait yaradır. "Boeing 787-9" təyyarəsi sələfi sayılan 787-8-dən 20 fut daha uzun, pəncərələr 30% daha böyük, kabinənin içərisi və çölündə mühərrikin səsi 60% daha azdır.

"British Airways"in Orta Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya meneceri Paolo De Renzis baş tutmuş tədbirin açılışını edib, ardınca isə çoxsaylı mükafatlara layiq görülmüş britaniyalı ifaçı Cessi C. səhnəyə çıxaraq "Domino", "Ain't Been Done", "Nobody's Perfect", "Masterpiece", "Bang Bang" və "Price Tag" kimi bir sıra tanınmış hitlərini ifa edib.

Hit-paradların ulduzu və "Səs" televiziya yarışının münsifi Cessi bildirib ki, Əbu-Dabiyə ilk səfəridir və yeni təyyarədə uçuş ona böyük təəssüratlar bəxş edib. "Uçuşlar həyatımda böyük yerə malikdir. İllər ərzində bir çox aviaşirkətlərin xidmətlərindən yararlanmışam, ancaq "British Airways" hər zaman mənim favoritim olub. Əbu-Dabiyə aşiq oldum və mahnılarımla bütün dünyanı təhlükəsiz, rahat səyahət etməyimə yardımçı olan insanlar qarşısında ifa etmək fürsətinə görə həyəcanlıyam. Ən çox sevdiyim məqamlardan biri bu gecə yatağımın yeni "British Airways" 787-9 təyyarəsində olacağıdır".

"Uol Strit canavarı" filminin ulduzu və tamaşaçılar tərəfindən həyəcanla gözlənilən "Sui-qəsdçilər dəstəsi" ("Suicide Squad") qrafik novellasının ekranlaşdırmasında Harley Kvin obrazını canlandıran aktrisa Marqo Robbi qonaqlara bildirib ki, şəhərə vurulub. "Əbu-Dabidə cəmi bir gün oldum və şəhər gözəl təzadlarla boldur. Dünən səhraya getdim və orada hökm sürən sakitlik şəhərin kosmopolit müasirliyi ilə tam əkslik təşkil edir ki, bu da möhtəşəmdir".

Aktyor Orlando Blum yeni 787-9 təyyarəsi haqda fikirlərini bölüşmək üçün çıxış edib və Əbu-Dabiyə olan sevgisini bildirib. "Uşaqlıqdan səyahət etməyi sevirəm. "British Airways"in birinci sinif kabinələrinin dəbdəbəsi ilə heç nə müqayisə oluna bilməz. Əminəm ki, yeni təyyarə "British Airways"in Əbu-Dabidəki sərnişinləri tərəfindən səmimi qəbul olunacaq. Şübhəsiz bütün səyahətçilər onu sevəcək", - Blum deyib.

"British Airways"in Orta Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya meneceri Paolo De Renzis "British Airways"in parkında yer alan ən son texnologiyalarla təchiz olunmuş təyyarə, yeni "787-9 Dreamliner"i təqdim edərək Əbu-Dabi və Omandan olan sərnişinlər üçün yeni dəbdəbəli səyahət dövrünün başlanmasını vurğulayıb.

"BƏƏ-dəki 80 ildən çox dövrü əhatə edən fəaliyyətimizin məntiqi nəticəsi olaraq Əbu-Dabidəki daimi premium müştərilərimiz xüsusi olaraq bu təyyarə üçün yaradılmış yeni nəsil birinci sinif kabinələrimizdən zövq ala biləcəklər. Orlando, Marqo, Cessiyə bizimlə birgə yeni təyyarənin reysə buraxılmasını qeyd etdikləri və "Boeing" şirkətinə 787-9 hava daşıyıcısının "British Airways" parkının bir hissəsinə çevrilməsindəki dəstəyinə görə minnətdarlığımızı bildiririk", - De Renzis qeyd edib.

"British Airways"in birinci "787-9 Dreamliner" təyyarəsi bir müddət öncə Dehli istiqamətində uçuşlara başlayıb və yaxın gələcəkdə təyinat məntəqələri siyahısına Kuala-Lumpur, Ostin, San-Xose (Kaliforniya) şəhərlərinin əlavə olunacağı planlaşdırılır.

"787-9" təyyarəsinə "World Traveller" (ekonom), "World Traveller Plus" (premium ekonom) və "Club World" (biznes sinfi) kabinələri ilə yanaşı, yeni birinci sinif kabinələri də yer alıb. Qeyd olunan yenilik aviaşirkətin 787 təyyarələri arasında bir ilkdir. Yeni birinci sinif kabinələri sözügedən sinif sərnişinlərinin rəyi əsasında rahatlığı və dəbdəbəni təcəssüm etdirmək üçün yaradılıb.

Yeni birinci sinif kabinələri haqda ətraflı məlumat üçün: http://ba.uk/787First

"British Airways"in aviaparkına gətiriləcək 42 ədəd "Boeing 787" aviaşirkətin aparıcı təyyarələrinə çevriləcək.

"British Airways" haqqında:

∙ "British Airways" 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti