...

Azərbaycanda yük gəmisi əsaslı təmir edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2015 16:15 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Mahmud Rəhimov" quru yük gəmisini əsaslı təmirdən sonra istismara verib.
Azərbaycanda yük gəmisi əsaslı təmir edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Mahmud Rəhimov" quru yük gəmisini əsaslı təmirdən sonra istismara verib.

Trend-in QSC-yə istinadən verdiyi məlumata görə, "Zığ" gəmi təmiri zavodunda may ayından aparılan təmir işləri zamanı xeyli iş görülüb. Belə ki, 4100 ton yükgötürmə qabiliyyətinə malik gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlar, mebellə təchiz edilib.

"Mahmud Rəhimov"un gövdəsində, göyərtələrində, yük anbarlarında və bir sıra digər sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, baş və köməkçi mexanizmləri, əsas və yardımçı sükan qurğuları, xilasetmə vasitələri, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.

Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları, kabel xətləri yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib.

Qeyd edək ki, "Mahmud Rəhimov" quru yük gəmisi Xəzər hövzəsində yükdaşımalara cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti