...

"Parabank" müştərilərə "eManat" vasitəsilə ödəmə imkanı verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 17:45 (UTC +04:00)
Həmişə yeniliklərlə müştərilərə xidmət edən "Parabank" bu dəfə "eManat" terminalları vasitəsilə müştərilərə ödəmə imkanı verir.
"Parabank" müştərilərə "eManat" vasitəsilə ödəmə imkanı verir

Bakı. Trend:

Həmişə yeniliklərlə müştərilərə xidmət edən "Parabank" bu dəfə "eManat" terminalları vasitəsilə müştərilərə ödəmə imkanı verir.

Belə ki, Parabank-a borcu olan müştərilərin ödəniş etmək üçün artıq banka gəlməsinə heç bir ehtiyac yoxdur. "eManat" terminalları vasitəsilə biznes mərkəzlərində, metro stansiyalarının girişində və s. yerlərdə ödəniş edə bilərlər. Bu ödəniş sisteminin çox sadə prinsipi var: yəni müştəri bankda kredit ekspertindən kreditin kodunu öyrənməlidir və həmin kodla "eManat" terminalında bank və sığorta bölməsini seçərək kredit ödənişinin kodunu daxil edib ödəniş edə bilər.

"eManat"ın üstünlüyü ondan ibarətdir ki, vaxt itkisi olmadan krediti vaxtında və asanlıqla ödəmək olur.

Ölkə üzrə 2000-dən çox "eManat" terminalı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti