...

Azərbaycan iritonnajlı bərələr tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2015 18:24 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır.
Azərbaycan iritonnajlı bərələr tikəcək

Bakı. Azad Həsənli - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır. Trend-in məlumatına görə, bunu QSC-nin sədr müavini Fərhad Quliyev İxracatçılar Klubunun ikinci iclasında deyib.

Onun sözlərinə görə, hazırda istifadə edilən bərələr təqribən 50 vaqon tutumludur.

Bununla belə, bu il bərələrdə təqribən 70 min vaqon göndərilib.

F.Quliyev qeyd edib ki, Xəzər Gəmiçiliyinin həyata keçirdiyi ən iri yük daşımaları Türkmənbaşı və Aktau limanlarına istiqamətlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti