...

Türkiyə yük avtomobillərinin olduğu Azərbaycan bərələri Aktauda boşaldılmalarını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2015 12:51 (UTC +04:00)
Əlverişsiz hava şəraiti və appareldəki (yüklərin endirilməsi üçün platforma) texniki problemlər səbəbindən göyərtəsində Türkiyə yük avtomobillərinin olduğu Azərbaycanın bir neçə bərəsi Qazaxıstanın Aktau limanında yüklərin boşaldılmasını gözləyir.
Türkiyə yük avtomobillərinin olduğu Azərbaycan bərələri Aktauda boşaldılmalarını gözləyir

Bakı. Maksim Tsurkov - Trend:

Əlverişsiz hava şəraiti və appareldəki (yüklərin endirilməsi üçün platforma) texniki problemlər səbəbindən göyərtəsində Türkiyə yük avtomobillərinin olduğu Azərbaycanın bir neçə bərəsi Qazaxıstanın Aktau limanında yüklərin boşaldılmasını gözləyir. Bunu Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkiyənin 193 yük avtomobili var: "34 yük avtomobili "Akademik Həsən Əliyev" bərəsində səhər reysi ilə Aktauya yüklənib. Lakin limana yeni maşınlar gəlir, buna görə onların sayı Bakı limanında hələ də çox olaraq qalır".

V.Sadıqov qeyd edib ki, Aktaudakı apparel daha yavaş və qəza rejimində işləyir ki, bu da bərələrin işini xeyli dayandırır: "Aktauda bərələrin yanaşması üçün yalnız bir körpü var. Güclü şimal küləyi isə yüksək dalğalar yaradır və apparelin yüklərin boşaldılması üçün istifadəsinə mane olur. Nəticədə 2-3 bərəmiz növbədə dayanmaq məcburiyyətində qalır".

O əlavə edib ki, Bakı limanının yüklənməsinın azaldılması məsələləri təsdiq edilmiş qrafikdən kənar əlavə bərə reyslərinin reallaşdırılması hesabına həll ediləcək: "Son sutkalar ərzində əlavə 3-4 bərə çıxıb, lakin onların Aktuada boşaldılması və geri qayıtması lazımdır, çünki 10 bərəmizin Aktau reysində gözləməsinə yol vermək olmaz".

Azərbaycanın Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasından Trend-ə bildiriblər ki, reyslərin sayının artırılmasından başqa, bir sıra ehtiyat bərənin istismara qaytarılması barədə qərar da qəbul edilib: "Həmçinin, Aktauda yüklərin boşaldılması imkanları ilə bağlı Qazaxıstan tərəfi ilə danışıqlar aparılır. Bakı limanında Türkiyənin yük avtomobillərinin sürücüləri üçün bütün zəruri şərait yaradılıb və onların göndərilməsi sıra qaydası ilə həyata keçirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti