...

Azərbaycan yük avtomobil istehsalını 50 faizə yaxın artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2015 09:20 (UTC +04:00)
2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 334 yük avtomobili istehsal olunub.
Azərbaycan yük avtomobil istehsalını 50 faizə yaxın artırıb

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 334 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 45,9 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 11 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 728 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 60,9 faiz azdır.

Cari ilin ilk 11 ayında ölkədə 941 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 17,2 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti