...

Azərbaycan bərələri Aktau limanını Türkiyənin yük maşınlarından boşaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 11:35 (UTC +04:00)
Bakı və Aktau arasında reyslərin yerinə yetirilməsinə cəlb edilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əlavə bərələri Qazaxıstanın bu limanını Türkiyə yük maşınlarından demək olar tam boşaldıb
Azərbaycan bərələri Aktau limanını Türkiyənin yük maşınlarından boşaldıb

Bakı. Maksim Tsurkov - Trend:

Bakı və Aktau arasında reyslərin yerinə yetirilməsinə cəlb edilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əlavə bərələri Qazaxıstanın bu limanını Türkiyənin yük maşınlarından demək olar tam boşaldıb. Bunu Trend-ə QSC-nin sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda Aktau limanında Türkiyənin yalnız 8 yük maşını qalıb: "Onlar ən yaxın reyslə Bakıya çatdırılacaq. Son sutkalar ərzində bərələr əlavə 4 reys həyata keçirib ki, bu da 100-dən artıq türk yük maşınını keçirməyə imkan verib. Azərbaycan gəmiçiliyi Bakı limanının tam boşaldılması üçün əlavə reyslər təşkil etməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti