Bakı. Maksim Tsurkov - Trend:
2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5 faiz, qazın nəql olunması qiyməti isə 15,9 faiz bahalaşıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17 faiz, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6 faiz və 18,1 faiz bahalaşıb, avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunub.
Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4 faiz bahalaşıb.