...

“Coca-Cola” sevərlər 10 avtomobil qazanaraq Yeni il sehri həyəcanını yaşayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 12:29 (UTC +04:00)

Bakı. Trend:

"Coca-Cola" şirkəti Azərbaycanda keçirdiyi Yeni il aksiyasına yekun vurub. Aksiya çərçivəsində keçirilən uduş kampaniyasının nəticələrinə əsasən 10 bəxtəvər "Coca-Cola" sevər "Volkswagen Polo" avtomobilinin sahibi olub.

Kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik "Coca-Cola" qazanıblar."Coca-Cola" tərəfindən 2015-ci ilin 2 noyabr tarixindən cari ilin yanvar ayının 6-dək keçirilən ənənəvi Yeni il aksiyası hər il olduğu kimi bayram ab-havasını daha da zənginləşdirmək və ölkə sakinlərinə xoş əhval bəxş etmək məqsədi daşıyırdı. Kampaniya çərçivəsində 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs uduş kampaniyasında iştirak haqqı qazanırdı. Bunun üçün "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS-lə göndərmək tələb olunurdu. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçirilən uduşda "Volkswagen Polo" avtomobili oynanılırdı.

"Coca-Cola"nın Yeni il aksiyasının nəticələrinə əsasən "Volkswagen Polo" avtomobilini Azadə Mustafayeva, Kazım Musayev, Esmira Əliyeva, Ruslan Məmmədov, Mahir Hacıyev, Tural Hacıyev, Məsmə Əhmədova, Saita Sadıxova, Qalib Həsənli və Nəsimi Əliyev qazanıblar. Yeni il aksiyasının qalibləri kampaniya barədə və "Coca-Cola"nın onlara yaşatdığı sevincli anlar haqda təəssüratlarını paylaşıblar.

Nəsimi Əliyev, Tovuz rayonu:

"Demək olar ki, hər gün evə gələrkən oğlumun istəyi ilə "Coca-Cola" alıram. 31 dekabrda ailəmizlə birgə bayram süfrəsinə yığışarkən yeni ilə bir neçə dəqiqə qalmış qapağın altındakı kodu müvafiq nömrəyə göndərdik. 6 yanvar tarixində "Volkswagen Polo" avtomobilini qazandığımızı öyrəndik və bayram sehrinin şahidi olduq. "Coca-Cola" şirkətinə əsl bayram sevinci bəxş edən belə bir kampaniyanın təşkilinə görə bütün ailəmizin adından təşəkkürümü bildirirəm".

Mahir Hacıyev, Bakı şəhəri:

"İnanılmaz bir hədiyyədir və hətta qalib olduğum haqda xəbər verildikdə zarafat kimi qəbul etmişdim. Məlumatı dəqiqləşdirdikdən sonra sevincimin həddi-hüdudu yox idi. İşdə, evdə hər zaman "Coca-Cola" məhsullarından istifadə edirik və "Coca-Cola"nın ləzzətli içki istehsalçısı olmaqla yanaşı bu kimi kampaniyalar vasitəsilə insanlara əsl sevinc hissi bəxş edən bir şirkət olduğunun bir daha şahidi olduq. "Coca-Cola" şirkətinə kampaniyanı həyata keçirdiyinə görə təşəkkürümü bildirirəm və yeni ilin ilk və unudulmaz hədiyyəsinə görə bir daha minnətdaram".

Qalib Həsənli, Biləsuvar rayonu:

"Yeni il ərəfəsində ailəmlə birgə ad günümü qeyd edərkən hər zaman olduğu kimi süfrəmizi "Coca-Cola" məhsulları bəzəyirdi. Növbəti gün qapağın altında kod olduğunu gördüm və göstərilən qısa nömrəyə göndərdim. Beləliklə "Coca-Cola"dan inanılmaz Yeni il, həmçinin ad günü hədiyyəsi aldım. "Volkswagen Polo" avtomobilini qazandığımı biləndə bu, həyatımın ən yadda qalan hadisəsi idi. "Coca-Cola" məhsulları hər zaman ailəmizin həyatında xüsusi yer tutub və bu gündən etibarən onun bizim üçün olan əhəmiyyəti ikiqat artdı. Bu cür xoşbəxtlik və dəyərli ad günü hədiyyəsinə görə "Coca-Cola"ya təşəkkürümü bildirirəm".

Yeni il aksiyasının yekunlarına həsr olunmuş tədbirdə çıxış edən "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel bütün qalibləri təbrik edərək vurğulayıb ki, "Coca-Cola"nın həyata keçirdiyi parlaq kampaniyalar bütün dünyada Yeni il bayramının ayrılmaz tərkib hissəsinə çevrilib və ilin sonunun yaxınlaşması şirkətin ənənəvi Yeni il aksiyası ilə müşayiət olunur:

""Coca-Cola" tərəfindən keçirilən hər növbəti Yeni il aksiyası daha irimiqyaslı olmaqla milyonlarla insanı sevindirir və hər kəsə əsl bayram əhval-ruhiyyəsi yaşadır. Bu cür aksiyalar xoşbəxtlik və yeni il ab-havasını hər kəslə, xüsusilə qayğı və diqqətə ehtiyacı olanlarla paylaşmaq məqsədi daşıyır. Yeni il sehri hər bir evə təşrif buyurmalıdır və artıq uzun illərdir ki, "Coca-Cola" şirkəti bütün mümkün vasitələrlə buna nail olmağa çalışır. Qalibləri bir daha təbrik edirəm. İştirak edən hər kəsə minnətdarlığımı bildirirəm və gələcəkdə də oxşar aksiyalara qoşulmağa çağırıram", - deyə Cem Becel bildirib.

"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti