Bakı. Trend:
Ötən ilin yekunlarına əsasən Beynəlxalq Sığorta Şirkəti 1 milyon manatdan artıq xalis mənfəət əldə edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, mənfəət sığorta haqları üzrə ümumi yığımın 11 milyon manat həddində olması fonunda əldə edilib.
Beynəlxalq Sığorta Şirkəti 2015-ci ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq, ildə 1 milyon həddində xalis mənfəət əldə olunması ənənəsinə sadiq qalıb.