...

"TuranBank"da fiziki şəxslərin əmanətləri 84% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2016 13:23 (UTC +04:00)
31 dekabr 2015-ci il tarixinə "TuranBank"ın aktivləri 2014-cü illə müqayisədə 63% artaraq 536,2 mln. manat təşkil edib.
"TuranBank"da fiziki şəxslərin əmanətləri 84% artıb

Bakı. Trend:

31 dekabr 2015-ci il tarixinə "TuranBank"ın aktivləri 2014-cü illə müqayisədə 63% artaraq 536,2 mln. manat təşkil edib. Bankın kredit portfeli isə 2014-cü ilə nisbətən 29,3% artaraq 290,5 mln. manata çatıb.

"TuranBank"dan Trend-ə verilən məlumata görə, 2015-ci ildə bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilə nisbətən 71% artaraq 216,7 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 2014-cü ilin sonu ilə müqayisədə 83,9% artaraq 181,1 mln. manat olub.

2015-ci ilin sonuna bankın nizamnamə kapitalı 2014-cü ilə nisbətən 6,4% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manat təşkil edib.

2015-ci il ərzində bankın gəlirləri 38,244 mln. manat, xərcləri isə 38,190 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın mənfəəti 54 min manat olub.

"TuranBank"ın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti