...

"British Airways" Tehrana uçuşları bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 17:07 (UTC +04:00)
“British Airways” aviaşirkətinin sərnişinləri birbaşa reyslərin bərpa olunmasından sonra cari ilin iyul ayının 14-dən etibarən Tehrana səfər edə biləcəklər.
"British Airways" Tehrana uçuşları bərpa edir

Bakı. Trend:

"British Airways" aviaşirkətinin sərnişinləri birbaşa reyslərin bərpa olunmasından sonra cari ilin iyul ayının 14-dən etibarən Tehrana səfər edə biləcəklər.

Reyslər həftədə 6 dəfə, 2016-cı ilin sonundan başlayaraq isə hər gün yerinə yetiriləcək. Uçuşlar Londonun Hitrou hava limanının 5-ci terminalından 4 sinifdən ibarət geniş göyərtəyə malik olan "Boeing 777" təyyarəsi ilə həyata keçiriləcək.

"British Airways"in Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionu üzrə direktoru Paolo de Renzis bildirib: "İran inkişafda olan iqtisadiyyata malik iri ölkədir, Tehran isə bir çox işgüzar səfərlərə ev sahibliyi edən gözəl şəhərdir. Məhz bu səbəbdən Yaxın Şərq regionu istiqamətində uçuşlarımıza daha bir məntəqənin əlavə olunması bizim üçün çox sevindiricidir. Bir müddət öncə sanksiyaların aradan qaldırılması İran üçün yeni cəlbedici perspektivlər açıb. İnanıram ki, unikal memarlıq nümunələri, dünya səviyyəli qida məhsulları və zəngin irsə malik olan Tehran 2016-cı ildə turistlərin sevimli məkanına çevriləcək".

"British Airways"in London-Tehran marşrutu üzrə ilk uçuşu 1946-ci ildə həyata keçirilib.

"British Airways" aviaşirkəti İran paytaxtı ilə yanaşı Menorka (İspaniya), Palermo (İtaliya), Hanya (Krit), Kalamata (Yunanıstan) və San-Xose (Kaliforniya) kimi 13 şəhərə uçuşları həyata keçirməyi planlaşdırır.

Aviaşirkətin Londondan Tehrana olan uçuşlarının tam cədvəli və digər məlumatları burada əldə etmək olar. Şirkətin veb-səhifəsi vasitəsilə müştərilər ən ucuz qiymətlərlə tanış olub, sifariş, ödəniş və digər xidmətlərdən faydalana bilərlər.

Ölkənin əsas biznes mərkəzi sayılan Tehran, həmçinin məsçidlər, qalalar və məbədlər xəzinəsidir, dünyaca məşhur olan Tahara sarayı isə öz arxitekutrası ilə heyrətləndirməyə bilməz.

Səyahətçilər, həmçinin Yezd kimi tarixi şəhərə baş çəkib, Toçala yamacında xizək sürüb, alış-veriş həvəskarları isə İran paytaxtının səs-küylü küçələrinin labiritində dolaşaraq şəhərin ən qədim və iri bazarını ziyarət edə bilərlər.

"British Airways" haqqında:

∙ "British Airways" 10-u İngiltərə, 106 Avropa və 83 dünyanın digər istiqamətlərinə olmaqla 199 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti