...

Azərbaycan Beynəlxalq Bankı əməkdaşlarını mükafatlandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 15:40 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı ən yüksək nəticə göstərmiş əməkdaşlarını mükafatlandırdı.
Azərbaycan Beynəlxalq Bankı əməkdaşlarını mükafatlandırdı

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının işçilərinin bilik səviyyəsinin yoxlanılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi testləşdirmə zamanı ən yüksək nəticə göstərmiş bank əməkdaşları mükafatlandırılıb.

Xatırladaq ki, testləşdirmə dörd fəaliyyət istiqaməti - Xəzinə, Əməliyyat, Kredit və Mühasibat işi üzrə aparılmış, iştirakçılara 100 test tapşırığı təqdim edilmişdi. 85 sual bank sektoru və qanunvericiliyə, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətinə aid idi. Test imtahanında 583 nəfər əməkdaş iştirak etmişdi.

Ən yüksək nəticələri isə Xəzinə bloku üzrə bankın Nəqliyyat filialının aparıcı mütəxəssis-xəzinədarı Tərlan İlqar oğlu Bağırlı (90 bal), Mühasibat bloku üzrə Qazax filialının Nəzarət şöbəsinin müdiri Fərid Rövşən oğlu Əsgərov (77 bal), Kredit bloku üzrə Gəncə filialının Kredit şöbəsinin müdiri Kamal Nizami oğlu Səfərov (82 bal) və Əməliyyat bloku üzrə "Abşeron" filialının Əməliyyat şöbəsinin baş mütəxəssisi Əli Cavad oğlu Rzayev (87 bal) toplayıb.

Mükafatlandırma tədbirində belə bir qiymətləndirmə prosesinin əməkdaşların peşəkarlıq səviyyəsi ilə bağlı real vəziyyətin təhlili məqsədilə aparıldığı bildirilib. Qeyd edilib ki, test imtahanının nəticələri bu sahədə təkmilləşmə işlərinə kömək göstərəcək. İmtahanda yüksək nəticələr qazanan əməkdaşların bu nailiyyətləri onların karyera irəliləyişlərində nəzərə alınır və gələcəkdə də nəzərə alınacaq.

Daha sonra əməkdaşlara sertifikatlar və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti