...

Cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 09:18 (UTC +04:00)
Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz təchizatında məhdudiyyətlər olacaq.
Cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz olmayacaq

Bakı. Trend:

Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari təmir işləri saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Semzavod" və "Səngəçal" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq. Bu səbəbdən təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti