...

Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 14:53 (UTC +04:00)
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

Qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq fəaliyyətinə cəlb olunması məqsədilə onlara dövlətin güzəştli kreditləri verilir, qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanaraq təqdim edilir, qadın sahibkarların məlumatlandırılması üçün müxtəlif treninqlər keçirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə treninq martın 1-də nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilib.

"Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti