...

"Azərbaycan Dəmir Yolları" "DB Engineering & Consulting and Deutsche Bahn"la əməkdaşlığı genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2016 12:37 (UTC +04:00)
Martın 10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" "DB Engineering & Consulting and Deutsche Bahn"la əməkdaşlığı genişləndirəcək

Bakı. Trend:

Martın 10-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "DB Engineering & Consulting and Deutsche Bahn" şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan Dəmir Yolları tanışlıq, Bakı-Böyük Kasik istiqamətində "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur və nəqliyyat vasitələrinin yenilənməsi planları, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

"DB Engineering & Consulting and Deutsche Bahn" şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentrop çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan məmnun qaldığını, strateji əməkdaşlıq imkanlarının artırılmasını bildiriblər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti